AZ

“Krokus”un qisası niyə alınmadı? - Putin ondan qorxur

Martın 22-də Rusiya paytaxtında baş verən dəhşətli terror aktı Moskvanın hədsiz qəzəbinə səbəb oldu. Rusiya prezidenti Vladimir Putin günahkarların cəzasız qalmayacağını, teraktın səbəbkarlarının ən sərt şəkildə cəzalandırılacağını dedi. 
 
Putinin bu açıqlaması çoxsayılı reaksiyalara səbəb oldu. Hətta Kiyev administrasiyası fövqəladə rejimdə faəliyyətə keçdi. Məlum terror aktının üzərindən 10 gündən çox vaxt keçməsinə baxmayaraq, Kreml gözlənilən addımların heç birini atmadı. Bir çox mənbələr Putinin qərb dairələrindən çəkindiyi üçün geri addım atdığını iddia edir. 
 
Bəs görəsən Rusiya hədəfi müəyyənləşdirməkdə çətinlik çəkir yoxsa qisas almaqdan qorxur?
 
Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, Rusiya artıq bəzi reallıqları qəbul edib: 
 
“Rusiya artıq reallıqları qəbul edir. Özü beynəlxalq qanunları qəbul etməsə də, başa düşür ki, Qərb ölkələri bu qanunlara ciddi yanaşır. Ümumi bəyanatla məsələ həll edilmir, məsələ istintaq və o cümlədən, məhkəmə işləri ilə həll edilir. Terror aktından sonra Putin Rusiya daxilində kütləni tətmin etmək üçün qisas bəyanatları ilə çıxış etdi. Ancaq Putin başa düşür ki, onsuz da dünya miqyasında Rusiyanın əməlləri ilə bağlı ciddi qınaqlar səslənir və bu səbəbdən bir az geri çəkilməli oldu. Sözdə hər bir dövlət terrora qarşı olduğunu deyir, lakin bir çox ölkələr öz daxili və xarici siyasətində terror üsullarından gen-bol istifadə edir”. 
 
Politoloq Rusiyanın Ukraynada apardığı müharibənin də terrodan fərqlənmədiyini vurğulayıb:
 
“11 sentyabr hadisələrindən sonra ABŞ terror aktının təşkilatçısı kimi Əfqanıstanda yerləşən “Əl-Qaidə” və onun məşhur lideri Usamə bin Ladeni ittiham etdi. Bununla bağlı komissiya yaradıldı və aparılan tədqiqat zamanı hazırlanan sənədə heç kim inanmadı. Buna baxmayaraq, ABŞ dərhal Əfqanıstana hərbi müdaxilə etdi. Daha sonra digər bir bəhanə ilə İraqı işğal etdilər. ABŞ bu iki ölkəni işğal edərkən tətbiq etdiyi vəhşiliklər heç də terrordan geri qalmadı. Artıq sübut olunub ki, Yaxın Şərqdə fəaliyyət göstərən 5 əsas terror təşkilatının başında Mərkəzi Kəşfiyyat İdarəsi durur. Rusiya da eyni bu yolu tutub. Rəsmi Moskva terroru və terrorçuları ittiham etsə də, Ukraynada xalis terror müharibəsi aparır. Dinc əhalini bombalayır və insanlar üçün həyati əhəmiyyətli infrastrukturları məhv edir. Bunun özü də başlı-başına terrordur”. 
Seçilən
178
19
Mənbələr
Şərh ()
Bağla