AZ

“Opel” sürücüsü motosikletçini belə qorxutdu – “Sənin başın işləmir?” - VİDEO

Paytaxtda kobud qayda pozan sürücü motosiklet idarə edən şəxsə qəza təhlükəsi yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə müddət əvvəl axşam saatlarında Zığ-Aeroport yolunun Zığ qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, 99-ZY-425 dövlət nömrə nişanlı “Opel Astra” markalı avtomobilin sürücüsü manevr qaydalarını kobud şəkildə pozaraq motosiklet sürücüsünün önünə çıxıb. 
Yaranmış vəziyyətdən qorxan motosiklet sürücüsü daha sonra qayda pozan avtomobilə yaxınlaşaraq sürücüyə iradını bildirib. Lakin həmin şəxs “Qardaş, sən mənim yoluma çıxdın” - deyərək, törətdiyi qayda pozuntusunu boynuna almayıb. Moto sürücüsü əsəbiləşərək ona bir daha qayda pozduğunu izah etməyə çalışsa da, digər sürücü buna əhəmiyyət verməyib. 

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
193
50
avtosfer.az

10Mənbələr