AZ

Azərbaycan Respublikası Kino AgentliyininMƏLUMATI

Aprelin 1-də Azərbaycanda keçirilən Belarus Mədəniyyət Günləri günləriçərçivəsində Bakıda Nizami Kino Mərkəzində Belarus Kino Günlərinin açılışıolub.Belarusun Azərbaycandakı səfirliyinin nümayəndələri, tanınmış kino, mədəniyyətvə incəsənət xadimlərinin iştirak etdiyi tədbiri açıq elan edən AzərbaycanRespublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən OrxanFikrətoğlu ölkəmizdə Belarus Mədəniyyəti Günlərinin keçirilməsinin əlamətdarhadisə olduğunu qeyd edib.O.Fikrətoğlu bildirib ki, Belarusun qədim slavyan ənənələri, dili, mədənidəyərlərinin təqdimatı aprelin 3-dək azərbaycanlı tamaşaçılara kino dili ilə təqdimolunacaq. “Belarusfilm”in yüz ili əhatə edən ənənələri var və bu studiyada lentəalınan filmlər hər zaman böyük maraqla qarşılanıb.Onun sözlərinə görə, Azərbaycan filmlərinin də Belarusda bu formada təqdiminəzərdə tutulub.Daha sonra "Belarusfilm" kinostudiyasının baş direktoru Yuri Aleksey çıxış edərəkkino günləri ilə bağlı təəssüratlarını bölüşüb. Kino günlərində təqdim olunacaqfilmlər haqqında məlumat verib: ”Azərbaycan tamaşaçılarına üçün dörd filmgətirmişik - bunlardan ikisi bədii, ikisi isə sənədli filmdir. Biz öz köklərimizi, adət-ənənələrimizi, mədəniyyətimizi kino vasitəsilə göstərmək istəyirik. Əminəm ki,Azərbaycan tamaşaçıları buna maraq göstərəcək”,- deyə baş direktor qeyd edib.O, diqqətə çatdırıb ki, Azərbaycanla kino sahəsində əməkdaşlıq məsələləri dənəzərdə tutulub. Bununla bağlı rəhbərlik etdiyi qurumla Azərbaycan tərəfi arasındadanışıqlar davam edir və gələcəkdə birgə əməkdaşlıqla bağlı saziş imzalanacaq.Y.Aleksey Belarus və Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafınınvacibliyini qeyd edib.Çıxışlardan sonra "Лист ожидания" (“Gözləmə siyahısı”) dramının nümayişi baştutub. 2023-cü ildə istehsal olunan filmin rejissoru A. Yefremovdur.Sonra Aleksandr Yefremovun kardioloqların taleyindən, onların mürəkkəbpeşəsindən, məişət qayğılarından bəhs edən “Gözləmə siyahısı...” filmi təqdimolunub.Qeyd edək ki, Belarus Kino Günləri çərçivəsində aprelin 2-də saat 16:00-daNizami Kino Mərkəzində Yevgeni Setkonun yandırılmış Belarus kəndlərindənbəhs edən “Perezvon” sənədli filminin nümayişi olacaq.Saat 19:00-da isə İvan Pavlovun Böyük Vətən müharibəsi illərində Belarusunfaşistlərdən azad edilməsində partiuzanların qəhrəmanlığından bəhjs edən"Yoxlama" bədii filmi nümayiş etdiriləcək.
Aprelin 3-də saat 19.00-da Nizami Kino Mərkəzində İqor Bışnevin belarus




bizonunun növlərinin dirçəldilməsi üçün uzun və zəhmətli işlərdən bəhs edən“Xilas edilmiş nəhəngin ölkəsi” sənədli filmi tamaşaçıların diqqətinə təqdimolunacaq.
 


Paralel.az

Seçilən
357
2
paralel.az

3Mənbələr