AZ

AFFA İcraiyyə Komitəsinin yeni tərkibi – SİYAHI 

AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, quruma seçkilər assosiasiyanın Növbəti Hesabat-Seçki Konfransı çərçivəsində baş tutub.

Tədbirdə İcraiyyə Komitəsinin 13 üzvü bəlli olub. AFFA-nın yeni seçilən prezidenti Rövşən Nəcəfin də yer aldığı komitəyə Peşəkar Futbol Liqası İctimai Birliyindən Səməd Qurbanov, Fərid Mansurov, Xəyal Cəfərov, Qurban Qurbanov, Maqsud Adıgözəlov, Regional Futbol Federasiyaları İctimai Birliyindən Elşad Nəsirov, Balakişi Qasımov, Sərxan Hacıyev, İctimai Futbol Təşkilatları İctimai Birliyindən Könül Mehtiyeva, Zaur Axundov, Sahə Futbol Federasiyaları İctimai Birliyindən Ülvi Mansurov və Leyla Xəlilova Rzazadə seçiliblər.

Qeyd edək ki, Konfransın ardından İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası planlaşdırılıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
50
bizim.media

10Mənbələr