AZ

"Rusiya və İran istəyir ki, Azərbaycan Ermənistana hücum etsin" - Politoloq

“Ermənistandan dövlətdən çox hansısa korporativ maraqlara xidmət edən bir quruma bənzəyir. Çünki hazırda Cənubi Qafqazda Amerika və Fransa möhkəmlənmək istəyir, Rusiya və İran dueti də bunlara qarşı çıxır, meydan isə Azərbaycan və Ermənistan sərhədidir”.



Bunu Bakupost.az -a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O, müəyyən güclərin Azərbaycanı ittiham etmək üçün regionda təxribat xaraketrli addımlar atmaq istədiklərini bildirib:

“Aprelin 5-nə qədər Rusiya və İran istəyir ki, Azərbaycan Ermənistana hücum etsin. Eyni zamanda Amerikayla Fransa istəyir ki, sərhəddə atışma baş versin və bu məsələlərdə Azərbaycanı günahlandırsınlar, ona qarşı sanksiyalar tətbir etsinlər. Bu məsələdə hər iki duetin maraqları üst-üstdə düşür. Belə bir şəraitdə çalışırlar ki, Azərbaycanı qızışdırsınlar. Amma inanmıram ki, Azərbaycan bu addımı atacaq. Çünki aprelin 5-də keçiriləcək görüş Cənubi Qafqazın taleyini müəyyən edəcək. Bütün tərəflər bu işdə maraqlıdır. Amma siyasi qələbə kimin olacaqsa, Cənubi Qafqazın siyasəti də onun əlində olacaq. Bu işə isə Azərbaycan-Türkiyə dueti rəhbərlik edir. Yəni hazırda Cənubi Qafqazda bu üç siyasi duetin arasında nüfuz savaşı gedir. Ona görə də yaxın bir həftəni proqnozlaşdırmaq mümkün deyil. Amma bütün hallarda Azərbaycan müharibəyə getməyəcək”.

C.Nuriyev Ermənistanın atəşkəsi pozmasında da qaranlıq məqamların olduğunu bildirib:


“Bizdə hələ dəqiq məlumat yoxdur ki, atəşkəsi ermənilər, yoxsa Avropadan onlara göndərilən hərbçilər pozub. Çünki onlar da gəlib sərhəddə oturublar. Bundan başqa Ermənistanda Paşinyanın hakimiyyətdən getməsində maraqlı olan, Rusiyaya xidmət edən "beşinci kolon" çox güclüdür. Bu tərəfdən İranın İrəvandakı səfiri Ermənistanı hədələyir və bildirir ki, sərhədi keçməyin, "qırmızı xəttə" yaxınlaşmayın. Hazırda həm Ermənistanın, həm də Rusiyanın "qırmızı xətti" Azərbaycan və Ermənistanın hələ müəyyən olunmamış sərhədidir. Ona görə atəşi açan da, pozan da Cəfər Cabbarlı demişkən kazaklardır”.


C.Nuriyev ermənilərin Azərbaycana məxsus kəndləri qaytarmaqla əsas yolları itirəcəklərini bildirib:


“Ermənilərin Qazaxın kəndlərini qaytarmaq istəməməyinin səbəbləri var. Lazda, Gürcüstanla Rusiya sərhədində Ermənistanın 500-dən çox maşını qalıb. Rusiya artıq bura sanksiya tətbiq edib. Qazaxın kəndləri qaytarılan kimi Ermənistanın Gürcüstana yeganə çıxış yolu Azərbaycan ordusunun nəzarətinə keçəcək. Ümumiyyətlə, 7 kənd qaytarılandan sonra həmin ərazilər tamamilə Azərbaycanın nəzarətində olacaq və o bölgədə erməni qalmayacaq. Onların Gürcüstana yeganə çıxış yolu Kalenov rayonundan olacaq. Ordan gedəndə isə Dumanis rayonunun Muğanlı kəndinə çıxacaqlar və ermənilər də çox gözəl bilir ki, Borçalıdan gedib Tiflisə çıxa bilməyəcəklər. Paşinyan da ona görə artistlik edir, deyir istefa verirəm, gedirəm. Ermənilər yenə öz ampulalarındadır”.

Vasif Əlihüseyn
BakuPost
Seçilən
164
48
Mənbələr
Şərh ()
Bağla