Qobu Park yaşayış kompleksi yaxınlığında itlərin hücumuna məruz qalan uçsağın Kliniki Tibbi Mərkəzdə müalicəsi yekunlaşıb.
Bu barədə Herbiand.az-a TƏBİB-in mətbuat katibi Elnur Hidayətoğlu məlumat verib:
“Bir ay əvvəl Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 9 yaşlı uşaq bu gün sağlam şəkildə evə buraxılır”.