AZ

Rəsmi Tehran: Dəməşqdəki konsulluq binasına hücum bütün beynəlxalq konvensiyaların pozulmasıdır

“Rəsmi Tehran İsrailin Suriyadakı diplomatik nümayəndəliyinə zərbələrini pisləyir və bunu beynəlxalq hüququn pozulması kimi qiymətləndirir”.

Bizim.Media xəbər verir ki, bu barədə İranın XİN başçısı Hüseyn Əmir Abdullahian suriyalı həmkarı Faysal Mekdadla telefon danışığı zamanı deyib.

“İranın Dəməşqdəki konsulluğunun binasına hücum bütün beynəlxalq öhdəlik və konvensiyaların pozulmasıdır. İsrailin Baş naziri Binyamin Netanyahu İsrail rejiminin Qəzzada silsilə uğursuzluqları və sionistlərin iddialı məqsədlərinə çata bilməməsi səbəbəbindən ağlını itirib”, – deyə iranlı nazir deyib.

O, həmçinin bu hərəkətin məsuliyyətinin Təl-Əvivin üzərinə qoyaraq beynəlxalq ictimaiyyətin belə hücumlara ciddi cavab verməsinin vacibliyini vurğulayıb.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
191
50
Mənbələr
Şərh ()
Bağla