AZ

İran XİN başçısı: Dəməşqdəki konsulluğun binasına hücum beynəlxalq konvensiyaların pozulmasıdır

Tarix: 1 Aprel 2024 22:20

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsrailin Suriyadakı diplomatik nümayəndəliyinə zərbələrini pisləyərək bunu beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə İranın XİN başçısı suriyalı həmkarı Veysəl Meqdadla telefon danışığı zamanı deyib.
"İsrailin Baş naziri Binyamin Netanyahu İsrail rejiminin Qəzzada silsilə uğursuzluqları və sionistlərin iddialı məqsədlərinə çata bilməməsi səbəbindən ağlını itirib", - iranlı nazir deyib.
Əmir Abdullahian İranın Dəməşqdəki konsulluğunun binasına hücumu bütün beynəlxalq öhdəlik və konvensiyaların pozulması hesab edib, həmçinin bu hərəkətin məsuliyyətini Təl-Əvivin üzərinə qoyaraq beynəlxalq ictimaiyyətin belə hücumlara ciddi cavab verməsinin vacibliyini vurğulayıb.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
227
33
Mənbələr
Şərh ()
Bağla