AZ

BMT Təhlükəsizlik Şurasına bu ay Malta sədrlik edəcək

BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Yaponiyadan Maltaya keçib.

"Report"un ABŞ bürosu xəbər verir ki, bunu Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Freyzer təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında elan edib.

Diplomat bildirib ki, TŞ-də ay ərzində Kolumbiya, Yəmən və Liviyada olan mövcud vəziyyət, eləcə də, Qəzza və Suriyadakı humanitar vəziyyət də daxil olmaqla bir çox məsələlərlə bağlı vacib görüşlər keçiriləcək. Aprelin 18-də Yaxın Şərqdə davam edən münaqişə ilə bağlı xarici işlər nazirləri səviyyəsində iclas baş tutacaq.

Səfir bildirib ki, ay ərzində TŞ-də İsrailin müraciəti ilə BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) bağlanması ilə bağlı məsələ də müzakirə olunacaq: "Biz UNRWA-nın fəaliyyətinin davam etdirilməsi üçün çalışacağıq. Malta UNRWA-nın fəaliyyətini davam etdirməsi üçün dəstək verəcək".

Seçilən
160
12
Mənbələr
Şərh ()
Bağla