AZ

İndoneziyada silah-sursat anbarında güclü yanğın baş verib

Martın 30-da yanğınsöndürənlər İndoneziyanın paytaxtı Cakarta yaxınlığındakı hərbi sursat anbarında baş vermiş güclü yanğını söndürürlər.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Reuters məlumat yayıb.

 

İndoneziyada silah-sursat anbarında güclü yanğın baş verib.

 


Yanğın yerli vaxtla 18:30-da (Moskva vaxtı ilə 14:30) baş verib.

 

Yerli sakinlər bildirirlər ki, partlayış səsləri bir neçə kilometr radiusda eşidilir.

 

Sosial şəbəkələrdə yayılan görüntülərdə yanğın yerində silah-sursatın partladıldığı görünür.

 

Ölkənin silahlı qüvvələrinin nümayəndəsi Kristomey Sianturi yaxınlıqdakı yaşayış məntəqələrindən vətəndaşların təxliyəsi barədə danışıb.

 

Onun sözlərinə görə, fövqəladə hallar xidməti hələ də yanğının öhdəsindən gələ bilməyib.

 

Yanğın zamanı tələfat barədə məlumat yoxdur.

 

Bundan əvvəl, martın 30-da Moskvada Bauman adına Moskva Dövlət Texniki Universitetinin binalarından birində yanğın qeydə alınmışdı. Yanğınsöndürənlər tez bir zamanda alovu lokallaşdırıb söndürə biliblər.

 

 

 

Nigar

 

Seçilən
161
11
Mənbələr
Şərh ()
Bağla