AZ

Daha 35 ailə Füzuliyə çatıb, mənzillərinin açarları təqdim edilib - FOTO - YENİLƏNİB

Martın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 666 ailə, 2517 nəfərin daimi məskunlaşması təmin edilib.

***

07:17

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

APA xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 666 ailənin, yəni 2517 nəfərin daimi məskunlaşması təmin edilib.

Daha Daha Daha Daha
Seçilən
158
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3446
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3401
Bu yol qovşağında təmir işləri aparılacaq
2905
Bakıda hoteldə yanğın başlayıb
2475
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1479
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1475
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1469
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1326
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1133
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1127
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1022
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
964
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
921
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
839
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
816
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
806
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
804
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
792
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
777
Sabah 5 kəndin qazı kəsiləcək
736