AZ

23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Martın 27-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,2 kiloqramdan artıq heroin, 17,5 kiloqrama yaxın marixuana, 3 kiloqramdan çox tiryək və 830 ədəd metadon həbi olub.

Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Seçilən
125
2
Mənbələr
Şərh ()
Bağla