Bir çox ölkələr təhlükəsizlik müşavirləri səviyyəsində Ukraynada sülhü müzakirə edirlər.
Editor.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts “Märkische Allgemeine Zeitung” qəzetinə müsahibəsində bildirib. “Hazırda bir çox ölkələr, o cümlədən Ukrayna təhlükəsizlik müşavirləri səviyyəsində sülh prosesinə gətirib çıxaracaq nəyinsə necə baş verə biləcəyini müzakirə edir”,- deyə o bildirib.
Bundan əvvəl BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya Federasiyasının təşkilatdakı daimi nümayəndəsi Vasili Nebenzya Rusiyanın sülh danışıqlarını kiminlə aparmalı olduğu sualını vermişdi. O qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski mayın 21-dən qeyri-legitim olub. Diplomatın sözlərinə görə, Moskva xarici tərəfdaşlardan Rusiya Federasiyasına hərbi əməliyyatlara son qoymaq üçün danışıqlara çağırışların artdığını qeyd edib.
//Gülnarə Abasova, Editor.az