AZ

BMT-dən Ukraynanın Krokus siti holl-dakı terror aktında əli olması ilə bağlı AÇIQLAMA

"BMT Rusiya FTX-nin direktoru Aleksandr Bortnikovun Ukraynanın "Krokus siti holl"dakı terror aktında əli olması ilə bağlı bəyanatını araşdıra və ya təsdiq edə bilməz".

Musavat.com xəbər verir ki, bunu BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq bildirib:

"Bizim bunu təsdiqləmək və ya təsdiq üçün hər hansı məlumatımız yoxdur".

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri martın 26-da jurnalist Pavel Zarubinə verdiyi müsahibədə bildirib ki, Krokusda terror aktında Qərb kəşfiyyat xidmətləri və Ukrayna kəşfiyyat xidmətləri kömək edib.

Onun sözlərinə görə, terror aktlarını törədən cinayətkarlar xaricə, “xüsusilə Ukrayna ərazisinə” getmək niyyətində olublar.

Afaq,
Musavat.com

Seçilən
202
38
Mənbələr
Şərh ()
Bağla