AZ

Qırğızıstanda 5 Azərbaycan vətəndaşı həbs olunub

Qırğızıstanda dövlət xadiminə qarşı cinayət planlaşdırmaqda şübhəli bilinən Azərbaycan vətəndaşları həbs edilib.Bu barədə "Sputnik Qırğızıstan” xəbər verir.
 
Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi cinayətkar qruplaşmanın üzvü olmaqda şübhəli bilinən 5 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yayıb.

Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudrov M.S., Məmmədov Z.İ. yüksəkvəzifəli şəxsə qarşı cinayətə hazırlaşırmış. Onlardan Əsgərov M.O.-nun kriminal aləmdə tanınmış şəxs olması və Qırğızıstan dövlətinin cinayətkarlığa qarşı apardığı fəal mübarizə siyasətinə görə ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədilə Qırğızıstana gəlməsi iddia edilib.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
50
Mənbələr
Şərh ()
Bağla