AZ

Ermənistan bu dəfə Tovuzdan hücum edəcək? - Polkovnik açıqladı 

Ötən həftə Ermənistan silahlı bölmələri sərhəddin Tovuz rayonu istiqamətində silsilə şəkildə Azərbaycan ordusunun mövqelərini atəşə tutub. Ordumuz tərəfindən dərhal Ermənistan təxribatına qarşı cavab tədbirləri görülüb. Bu, Ermənistanın Tovuz istiqamətində uzun müddətdən sonra törətdiyi ilk təxribat aktı idi. Amma analoji hal sonrakı günlərdə də davam etdiyi üçün narahatlıq üçün ciddi əsas sayıla bilər. 

Ermənistan tərəfinin Tovuzla sərhəddə təxribata əl atması hansı məqsəd daşıyır? Düşmənin növbəti hücum cəhdi eyni istiqamətdən ola bilərmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi eksperti Elxan Şıxəliyev qeyd edib ki, sərhəddin şimal istiqamətində törədilən təxibatın xüsusi səbəbi var: 

“Ermənistanın sərhəddin hansısa istiqamətində təxribat törətməsi daha çox bu təxribatın arxasında olan üçüncü qüvvələrin marağından asılıdır. Xüsusən sərhəddin 2 istiqamətində məqsədlər var. Burada Fransanın məqsədi təxribatlar vasitəsi ilə Azərbaycanı Rusiya ilə qarşı-qarşıya gətirməkdirsə, Rusiyanın məqsədi isə bu vasitələrlə Ermənistanı təsir altında saxlamaqdır. Sərhəddin şimal istiqamətində törədilən təxribatlar Qazağın Ermənistan ərazisində olan anklav kəndləri ilə bağlı həyata keçirilir. Ermənistan tərəfi Azərbaycanın təxribatlara qarşı adekvat reaksiyasını əlində bayraq tutaraq, bunu bizim anklavlara hücumumuz kimi qələmə verməyə çalışır. Cənub istiqamətində isə guya hərbi eskalasiya yolu ilə Azərbaycanın Zəngəzur dəhlizini nəzarət altında saxlamaq niyyətində olduğunu göstərməyə çalışırlar”. 

Ekspert qeyd edib ki, hər iki istiqamət bundan sonra da ermənilər üçün təxribat baxımından prioritet olacaq:

“Bu iki istiqamət hər zaman prioritet olacaq. Yəni Ermənistan təxribat planlarını daha çox bu iki istiqamət üzərindən həyata keçirməyə çalışacaq. Çünki erməni tərəfi törətdiyi təxribatlara cavab verildiyi zaman dərhal bu iki məsələni gündəmə gətirir. Tovuzla sərhəddə törədilən təxribatlar da məhz anklavlara qarşı hansısa eskalasiya təhlükəsinin ola biləcəyi ehtimalını gözə soxmaq üçün edilir. Lakin bütün ehtimallarda Azərbaycan öz sərhəd təhlükəsizliyini qorumaq üçün törədilən təxribatlara qarşı adekvat tədbirlər görür və görməkdə davam edəcək”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Seçilən
195
45
Mənbələr
Şərh ()
Bağla