AZ

Hadisə yerindən tükürpədici görüntü yayıldı (18+)

Ukrayna kəşfiyyatı ötən həftə sığındığı Rusiyanın paytaxtı Moskvada sui-qəsd nəticəsində öldürülən Ukraynanın keçmiş deputatı İlya Kyvanın son görüntülərini yayıb.

 

Oxu24.com xarici  mediaya  istinadən  xəbər  verir  ki,gəzintiyə çıxarkən öldürülən Kyvanın hadisə yerində çəkilən görüntülərdə onun cansız bədəni qarda uzandığı  və sui-qəsddə istifadə edilən silahların ağaca asıldığı görülüb.

 

46 yaşlı Kyva ötən həftə Moskva yaxınlığında  güllələnib.

 

Ukrayna Təhlükəsizlik Xidməti açıqlayıb ki, görüntülər və kadrlar qəsdən Vladimir Putinin işğalçı qüvvələri ilə əməkdaşlıq edən digər ukraynalılara xəbərdarlıq kimi dərc edilib.

 

Ukraynalı mənbə mediaya deyib: "Bu, düşmənin tərəfinə keçən bütün satqınlara və hərbi cinayətkarlara bir siqnaldır. Unutmayın, Rusiya sizi xilas edə bilməz. Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyukun bir qədər əvvəl dediyi kimi, Ukraynaya xəyanət  edənin  sonu ölümdür."

 

 

 

Müəllif: Miri Məcidli

 

Seçilən
300
8
oxu24.com

10Mənbələr