AZ

Gürcüstanda parlament seçkiləri keçirilir

Gürcüstanda parlament seçkilərində səsvermə başlayıb, seçkilər yerli vaxtla saat 20:00-da başa çatacaq.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 3 milyon 508 min 294 vətəndaş iştirak edir, onlardan 3 milyon 113 min 747 seçici elektron texnologiyalardan istifadə etməklə seçkilərdə iştirak edəcək. Bütün Gürcüstanda və xaricdə 3111 seçki məntəqəsi açılıb, onlardan 67-si 42 ölkədədir.

Seçkilərdə 5 faizlik həddi keçən namiəd deputat mandatı almaq imkanı əldə edəcək. Əsas mübarizənin hakim “Gürcü arzusu” və müxalifətin Vahid Milli Partiyası, “Dəyişiklik Koalisiyası”, “Güclü Gürcüstan” və “Gürcüstan Uğrunda” partiyaları arasında gedəcəyi gözlənilir.

Gürcüstandakı seçkiləri 111 yerli və 76 beynəlxalq təşkilat müşahidə edir.

Oxuməni.az

Seçilən
15
39
oxumeni.az

10Mənbələr