AZ

Gürcüstanda parlament seçkiləri başlanıb

Gürcüstanda parlament seçkilərinə start verilib.

Yerli vaxtla səhər saat 08:00-da seçki məntəqələrinin qapıları açılıb.

Seçkilər ilk dəfə proporsional sistem üzrə təşkil olunacaq.

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən xəbər verir ki, seçkilərdə 26 siyasi partiya, ictimai hərəkat və birlik 150 deputat yeri uğrunda mübarizə aparacaq.

Əvvəlcədən müəyyən olunmuş 5 faizlik baryeri keçəcək partiya parlamentdə deputat mandatı qazana biləcək. Seçkilərə qatılan siyasi partiyaların 428 namizədi qeydiyyatdan keçib. Ən çox namizəd (150 nəfər) “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasından (sədr İrakli Qaribaşvili) qeydə alınıb. “Avropalı Gürcüstan – azadlıq üçün hərəkat”ın (sədr Georgi Çereteli) 22 namizədi, “Gürcüstanın Birləşməsi və İnkişafı Partiyası”nın (sədri Kamal Muradxanov) 16 namizədi, “Yeni Birlik – Gvaramiya, Melia”nın (sədr Nika Melia) 27 namizədi, “Birləşmə – Milli Hərəkat”ın (sədr Tinatın Bokucava) 31 namizədi, “Avropa Demokratları”nın (sədr Paata Davitaya) 12 namizədi, “Gürcüstanın Patriotları Alyansı”nın (sədr David Tarxan-Mouravi) 11 namizədi, “Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq üçün” Birliyinin (sədr Mamuka Xazaradze) 16 namizədi, “Gürcüstanın Laboratoriya Partiyası”nın (sədr Şalva Natelaşvili) 20 namizədi, “Gaxariya – Gürcüstan üçün” Partiyasının (sədr Georgi Gaxariya) 27 namizədi var. Digər partiya və təşkilatlardan olan namizədlərin sayı isə 3-9 arasında dəyişir.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, gün ərzində qeydə alınmış 3 508 294 seçici öz hüququndan 3 111 seçki məntəqəsində istifadə edə biləcək.

Seçilən
3
50
azpost.info

10Mənbələr