1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Üçüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə növbəti görüşlərimizi keçirdik".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında bildirib:
"İqtisadiyyat Nazirliyi tərəfindən müsabiqənin qalibləri üçün hazırlanmış Mentorluq proqramının nəticələri, gənclərin fərdi inkişaf planında müəyyənləşdirdiyimiz istiqamətlərdə bacarıqlarının artırılması, qərarların qəbulunda və idarəetmədə strateji yanaşmalar barədə fikirlərimizi bölüşdük".
Üçüncü "#Yüksəliş" (@yukselish_az) müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə növbəti görüşlərimizi keçirdik. #İqtisadiyyatNazirliyi tərəfindən müsabiqənin qalibləri üçün hazırlanmış Mentorluq proqramının nəticələri, gənclərin fərdi inkişaf planında… pic.twitter.com/yxK05UvJ7U
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 25, 2024