Sosial şəbəkələrdə tuneli tikən şirkət "Körpü Bina Tikinti" MMC-yə qarşı ciddi etirazlar səsləndirilib, şirkətin fəaliyyətinin araşdırılması tələb olunub.
Olaylar xəbər verir ki, Pravda.az səslənən etirazlarla bağlı "Körpü Bina Tikinti" MMC-nin rəhbərliyindən mövqe öyrənməyə çalışıb.
Adını təqdim etmək istəməyən şirkətin müdir müavini deyib ki, tunelin tikintisində nöqsanların olub-olmadığı barədə hələlik heç nə deyə bilmirlər:
"Hamımız məsələdən xəbərdarıq. Aidiyyəti üzrə bizə məsələnin araşdırılması barədə heç nə deyilməyib, biz özümüz araşdırırıq ki, necə olub".
Xatırladaq ki, "Körpü Bina Tikinti" MMC 2001-ci ildə təsis edilib. Rəhbəri Xəlil Göyüşovdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31