AZ

Naxçıvan və Türkiyə arasında elektrik enerjisinin mübadiləsi olacaq

Naxçıvan.Trend:

Naxçıvan və Türkiyə arasında elektrik enerjisinin mübadiləsiolacaq.

Bunu Trend-ə Naxçıvan MuxtarRespublikasının Dövlət Energetika Xidmətinin rəhbərinin müaviniTural Murtuzəliyev deyib.

O bildirib ki, Naxçıvan Muxtar Respublikasından TürkiyəRespublikasına elektrik enerjisinin ixracı ilə bağlı müəyyən işlərgörülür.

“Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındaelektrik enerjisi mübadiləsi imkanlarına dair zəruri araşdırmalarınaparılması məqsədilə Azərbaycan Respublikası energetika nazirinin2021-ci il 3 avqust tarixli əmri ilə yaradılmış işçi qrupla TürkiyəRespublikasının aidiyyəti qurumlarının nümayəndələri arasında damüxtəlif vaxtlarda görüşlər keçirilib. Türkiyə Respublikası vəNaxçıvan Muxtar Respublikası tərəfində olan ötürücü və paylayıcıyarımstansiyalar, elektrik verilişi xətlərinin mövcud vəziyyəti,sayğacların yerləşmə nöqtələri, rele-mühafizə sistemlərinin tətbiqsahələri, TEİAŞ (Türkiye Elektrik İletim Anonim Şirketi) və Xidmətarasında enerji ixracı (mübadiləsi) ilə bağlı müvafiq “Əməliyyatmüqaviləsi”nin bağlanılmasına görə sənədləşmə işlərinin qarşılıqlımüzakirəsi aparılıb.

“Əməliyyat müqaviləsi”nin yaxın zamanlarda imzalanmasıplanlaşdırılır.

Türkiyə-Naxçıvan elektrik enerjisi idxalı-ixracı əlaqəsihaqqında ENTSO (European Network of Transmission System Operators)tərəfindən 75 meqavat ixrac (Türkiyə tərəf passiv ada rejimindəolmalıdır), 40 meqavat idxal (Naxçıvan tərəf passiv ada rejimindəolmalıdır) ötürməyə icazə verilib”,- deyə T.Murtuzəliyev qeydedib.

Seçilən
12
7
az.trend.az

10Mənbələr