AZ

"İran regionda sülhü qorumaq üçün bütün səylərini göstərir" - Əraqçi

İsrail oktyabrın 1-də raket hücumuna cavab olaraq İrana hücum edərsə, Tehran qətiyyətli və təəssüf doğuran cavab verməyə hazırdır. 

"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı deyib. 

"İran regionda sülh və təhlükəsizliyi qorumaq üçün bütün səylərini göstərir, lakin İsrailin istənilən avantürasına qəti və təəssüf doğuran cavab verməyə tam hazırdır", - XİN rəhbəri qeyd edib. 

İran iki yaxın müttəfiqi olan HƏMAS lideri İsmayıl Haniyə və "Hizbullah" lideri Həsən Nəsrullahın öldürülməsinin qisasını alaraq, oktyabrın 1-də İsrailə 200-ə yaxın raket atıb.

İsrailin müdafiə naziri Yoav Qalant ötən həftə ölkəsinin cavabının öldürücü və dəqiq olacağını vəd edib. 

Ağarza Elçinoğlu 

Seçilən
28
22
unikal.az

10Mənbələr