AZ

“Həsən Nəsrullahı və iki xələfini də öldürmüşük” –Netanyahu

İsrail hərbçiləri Livanda “Hizbullah” təşkilatının daha əvvəl öldürülmüş baş katibi Həsən Nəsrullahın iki xələfini artıq məhv edib.

Bu sözləri ölkənin Baş naziri Benyamin Netanyahu Livan xalqına müraciətində deyib.

Qeyd edək ki, müraciətin mətni hökumət başçısının aparatı tərəfindən yayılıb.

“Biz “Hizbullah”ın imkanlarını zəiflətmişik, minlərlə terrorçunu, o cümlədən Nəsrullahın özü, onun xələfi və xələfinin də xələfini öldürmüşük. Bu gün “Hizbullah” uzun illərdən bəri olduğundan daha zəifdir”, – deyə o bildirib. (APA)

Seçilən
7
11
azpost.info

10Mənbələr