AZ

Qadın xəyanətinin psixoloji və sosial tərəfləri - QHT psixoloqu yazır

Psixoloji araşdırmalara görə xəyanətin bir çox səbəbi var. Lakin bu dəfə kişi yox, qadın xəyanətindən danışmaq istəyirəm. Eksperimentlər göstərmişdi ki, hətta sevgisi uğrunda mübarizə aparan, çox sevən kişi belə çox asanlıqla xəyanət edə bilir. Qadınlarda isə bu addımı daha çox 30 yaş ətrafında atırlar. Bu da ən qorxulu anlardan biridir.

Bizi hər zaman bir şüarla böyütdülər: "Biz Tomris, Nigar, Həcər nəvələriyik". İndi real statistikaya baxanda və işim dolayısıyla şahidi olduğum xəyanət hadisələrini analiz edəndə belə bir nəticəyə gəlmək olar ki, xəyanət halları durmadan artır. Burada ən çox aktiv olanlar evli xanımlardır. Mənim fikrimcə, xəyanət ən ağır psixoloji vəziyyətdir. Evli xanımlarla birlikdə olan kişilərə eyni sualı vermişəm və hər zaman eyni cavabı almışam: "Yoldaşı onu yataqda təmin etmir".

O zaman soruşuram ki, siz evlisiniz, əgər psixoloji travma keçirsəniz və ya hansısa xəstəlikdən dolayı həyat yoldaşınızın cinsi tələbatlarını ödəyə bilməsəniz, o zaman yoldaşınız sizə xəyanət etməlidirmi? Bu sualdan sonra cavab yox olur və adətən "Mən bunu qəbul etmərəm, asaram, kəsərəm" kimi reaksiya verirlər. Bəs evli xanımla münasibət quranlar düşünmür ki, bu addımı qətiyyətlə atmamalıdırlar? Nə qədər gizli olsa da, bu həyatın, bumeranqın, karmanın ən böyük günahıdır.

Əgər qadın xəyanət edirsə, bu hətta onun davranışında da özünü göstərir:

  1. Əhvalın tez-tez dəyişməsi
  2. Səbəbsiz göz yaşları
  3. Xarici görünüşünə həddən artıq diqqət
  4. Yoldaşına həddən artıq diqqət göstərmək
  5. Həddən artıq aqressiv davranmaq
  6. Bədən dilinin dəyişməsi
  7. Seksdən imtina etmək və s.

Bu məqalədə standart şablon fikirlərlə çıxış etmək istəmirəm ki, qadınlara sevgi, diqqət əskikliyi var və ya onlar emosional olaraq acdırlar. Səbəblərini bir neçə pasientimin fikirləri əsasında deyəcəyəm. İlkin konsultasiyalarda eşitdiyim eyni söz var idi: "Mən onu cəzalandırdım."

Sözüm çox qadınlara yox, bəzi qadınlaradır. Xəyanət edən qadınlar hər zaman yoldaşından narazıdır, hər an fürsət gözləyir ki, onunla konflikt edib bu hissi kənarda sakitləşdirsin. Bunu oxuyan kişilər mənə əsəbiləşib daş ata bilərlər, amma yenə də fikrim dəyişməz qalacaq. Hər kəs tərəfindən ideal sayılan ailəli qadın belə xəyanət edə bilər və bunu yoldaşına hiss etdirməz.

Ailəli qadının xəyanəti, ilk növbədə, özünə olan özgüvəni artırmaq, sevildiyini hiss etmək və emosiyaların pik həddə çatması düşüncəsidir. Həyat yoldaşı ideal olsa da, xəyanət edən qadın çoxdur. Gizlin olan hər şey insanda həyəcan, adrenalin yaradır. Xəyanət zamanı qadın başqa kişidən sperma vasitəsilə DNT alır. Qoruyucu vasitə istifadə edilməsə belə, uşaq olmasa da, o kişinin genini öz bədəninə ötürür. Gələcəkdə uşaq doğulanda, o, atasına yox, məhz anasının bir vaxtlar birlikdə olduğu kişiyə bənzəyir. Bu da gələcəkdə insan psixikasında neqativ rol oynayır və onu proqramlaşdırır.

Hər zaman deyirəm, ikili həyat yaşamaqdansa, ən gözəli ayrılmaqdır. Bir-birinizi incitməyin. Xəyanət heç vaxt unudulmur və özünü unutdurmur.

 

Samirə İsmayılova

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin Psixoloqu

Seçilən
86
10
qht.az

10Mənbələr