Fitch Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq Bankın Uzunmüddətli emitentin defolt reytinqini BB- səviyyəsindən BB səviyyəsinə qədər yüksəldib. ABB-nin Dayanıqlılıq reytinqi də bb- səviyyəsindən bb səviyyəsinə qalxıb. Reytinq proqnozu isə Pozitiv olaraq müəyyənləşib.
Reytinqlərin yüksəldilməsi ABB-nin 2024-cü ilin 6 ayı üzrə konsolidə edilmiş maliyyə hesabatındakı yüksək göstəricilərinə, güclü kapital mövqeyinə əsaslanır. Agentliyin proqnozuna görə, ortamüddətli perspektivdə ABB-nin aktivlərinin keyfiyyəti və gəlirliliyi davamlı olaraq möhkəmlənəcək.
ABB-nin Dayanıqlılıq reytinqinin yüksəlməsi Bankın dayanıqlı maliyyə durumunu əks etdirir. Güclü balans strukturu Bankın aktivlərinin keyfiyyətinin davamlı şəkildə artmasına, yüksək gəlirliliyinə şərait yaradır, möhkəm kapital mövqeyini və likvidliyini təmin edir.