AZ

DİQQƏT! Ələt qəsəbəsində qaz olmayacaq

Bu gün Bakının Qaradağ rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. 

Bildirilir ki, Qaradağ rayonu, Ələt qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə oktyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulur. 

Qaz təchizatı dayandırılan müddətdə rayonun Ələt qəsəbəsinin (bir hissəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Bizim.Media

Seçilən
0
49
bizim.media

10Mənbələr