AZ

Yanacaq maşını qəzaya düşdü, yanğın başladı - Rəsmi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.Hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.Hadisə yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Seçilən
2
48
patriot.az

10Mənbələr