Fransada mühacir həyatı yaşayan Vidadi İsgəndərli bıçaqlanıb.
Musavat.com xəbər verir ki, bu barədə jurnalist Qənimət Zahid sosial şəbəkə hesabında yazıb.
O, aşağıdakıları bildirib:
"Fransada, Mülyuz (Mulhouse) şəhərində yaşayan Vidadi İsgəndərli bu gün səhər saatlarında naməlum adamların hücumuna məruz qalıb. Hücum edənlər səhər saat 7:30 radələrində onun yaşadığı evin pəncərəsini qıraraq içəri giriblər və Vidadi İsgəndərliyə çoxsaylı bıçaq zərbələri vurublar.
V. İsgəndərli indi reanimasiyadadır, durumu ağır olaraq qiymətləndirilir”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta