AZ

"Hizbullah"ın yeni baş katibi seçilib

Bakı. Trend:

"Hizbullah"ın əsas idarəetmə orqanı olan Şura İcraiyyəKomitəsinin rəhbəri vəzifəsində fəaliyyət göstərmiş HaşimSəfiuddin, Livan partiyasının yeni baş katibi seçilib.

Trend xəbər verirki, bu barədə "Al Arabiya" telekanalı mənbələrə istinadən məlumatyayıb.

Məlumata görə, Haşim Səfiuddin 1964-cü ildə Livanın cənubundakıDeyr Qanun əl-Nahrda nüfuzlu şiə ailəsində anadan olub. O,"Hizbullah"ın yüksəkvəzifəli rəsmisi Həsən Nəsrullahın ana tərəfdənqohumudur. Səfiuddin, hərəkatın İcraiyyə Şurasının rəhbəri kimitanınır və beynəlxalq terrorçu kimi xarakterizə olunur."Hizbullah"ın "ikinci nömrəsi" hesab edilir.

2017-ci ildən ABŞ Dövlət Departamenti tərəfindən terrorçu kimitanınır.

Livana geri dönməzdən əvvəl Haşim Səfiuddin Nəcəf (İraq) və Qum(İran) şəhərlərində Nəsrullahla birlikdə ilahiyyat təhsili alıb.1995-ci ildən etibarən, o, hərəkatın ən yüksək qurumu olan "Məclisəş-Şura"ya (Məşvərət Məclisi) təyin edilib və "Cihad Şurası"nınrəhbəri olub.

Haşim Səfiuddin "Hizbullah"ın üç əsas liderindən biridir - digəriki lider İsrail qüvvələri tərəfindən öldürülmüş Həsən Nəsrullah vəNaim Qasimdır. 2006-cı ildən baş katib vəzifəsinə Həsən Nəsrullahınmümkün varisi kimi onun namizədliyi irəlilədilib.

2020-ci ilin iyun ayında onun oğlu Seyid Rza Haşim Səfiuddin,keçmiş Qüds Qüvvələrinin komandiri Qasim Süleymaninin qızı ZeynəbSüleymani ilə evlənib.

Xatırladaq ki, İsrail Müdafiə Ordusu (SAXAL) Beyrutun cənubətrafına edilən hava hücumu nəticəsində şeyx Nəsrullahınöldürüldüyünü bildirib. Hücum, cümə günü "Hizbullah" rəhbərliyininmüşavirəsi zamanı baş verib.

Seçilən
6
9
az.trend.az

10Mənbələr