AZ

"Bilirik ki, təxribata gedən futbolçudur" - Rəşad Sadıqov

"Oyundan qabaq da matçın bizim üçün çətin və gərgin keçəcəyini düşünürdük. Çünki rəqib bu mövsüm qələbə qazanmayıb. Üstəlik, baş məşqçi dəyişikliyi baş verib. Son turlarda da hər zaman rəqiblər üzərində müəyyən dəqiqələrdə şansları olurdu, fərqlənə bilsələr, matç fərqli məcrada gedərdi. "Sabah"ı 2:0 məğlub edirdilər. Bu məqamları nəzərə alıb düşünürdük ki, matç bizim üçün çətin keçəcək. İlk hissə həqiqətən belə oldu. Rəqib pressinq tətbiq edirdi. Bəzən pressinqdən çıxa bilirdik, bəzən isə çətinlik çəkirdik. Qapımızda çoxsaylı standart vəziyyətlər də oldu.İkinci hissədə oyun bizim üçün daha rahat keçdi, inamlı qələbə qazandıq".

Prosport.Az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının VIII turunun “Kəpəz”lə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Salifu Sumanın əvəzlənməsi nə ilə bağlı idi?

- Onun dəyişilməsi sarı vərəqə ilə bağlı idi. Futbolçuya yaraşmayan vərəqə oldu. Ondan sonra rəqibin futbolçuları ilə 1-2 epizodda mübahisə etdi. Bilirik ki, təxribata gedən futbolçudur. Ona görə də, fasilədə onu dəyişdik.

Seçilən
1
22
prosport.az

10Mənbələr