AZ

“Hizbullah” Həsən Nəsrullahın öldürüldüyünü təsdiqləyib

“Hizbullah”

Bakı, 28 sentyabr, AZƏRTAC

“Hizbullah” hərəkatının mətbuat xidməti təşkilatın baş katibi Həsən Nəsrullahın İsrailin Beyrut ətrafına endirdiyi hava zərbəsi nəticəsində öldürüldüyünü rəsmən təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, mətbuat xidmətinin məlumatına görə, Seyid Həsən Nəsrullah “Hizbullah”a otuz ildən çox idi rəhbərlik edirdi.

Bir gün əvvəl Beyrutda təxminən on partlayış silsiləsi baş verib. İsrail hərbçiləri hücumların hədəfinin “Hizbullah”ın qərargahı olduğunu bildirib. İsrail ordusunun məlumatına əsasən, hərəkatın hərbi-siyasi rəhbərliyi arasında bölgə komandiri Əbu Əli Ridadan başqa heç kim sağ qalmayıb.

Xatırladaq ki, İsrail ordusu da Həsən Nəsrullahın sentyabrın 27-də Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib. Aviasiya zərbəsi “Hizbullah” rəhbərliyinin müşavirəsi zamanı endirilib. Təşkilatın bunkerlərini dağıtmaq etmək üçün güclü bombalardan istifadə edilib.

Seçilən
12
27
azertag.az

10Mənbələr