AZ

İtini gəzdirən ana və qızı HƏBS EDİLDİ

İngiltərədə ana və qızı it gəzdirərkən ictimai asayişi pozduqlarına görə həbs ediliblər. 

News24.az xəbər verirki, bu barədə Sky News məlumat yayıb.

KİV-in məlumatına görə, 51 yaşlı Amanda Uolton və 24 yaşlı Meqan Davison əvvəlcə itləri ilə gəzintiyə çıxsalar da, sonda şəhərlərində iğtişaşlara qoşulublar. 

Müşahidə kameralarında qadınların əşyalar ataraq başqalarının əmlakına, o cümlədən avtomobillərə və zibil qutularına ziyan vurduqlarını görünüb.

İngilislər günahlarını etiraf ediblər və əməllərindən peşman olublar. Məhkəmə ana və qızın əvvəllər qanunla bağlı problemlərinin olmadığını nəzərə alıb. 

Lakin törətdikləri cinayətlərin ağırlığını nəzərə alaraq, onlara həbs cəzası verilib.

Məhkəmənin qərarını şərh edən ittiham tərəfi qeyd edib ki, bu cür cinayətlər yolverilməzdir və ictimai asayişin normalarına ziddir.

Məryəm İlhamqızı


Seçilən
12
news24.az

1Mənbələr