AZ

Elmar Baxşıyev: "Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar"

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 8-ci turunda öz meydanında "Səbail"i 3:2 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bilirdik ki, bizi ağır oyun gözləyir. Tovuz səfərindən sonra komanda çox məşq edə bilməmişdi. Futbolçularda bərpa prosesi ağır keçdi. Komanda bizə müsbət siqnallar verir. Qələbə qazandıq. Amma daha da artığını etməliyik.

- Komandanın Naxçıvanda oynamaq ehtimalı nə dərəcədə realdır?

- Hər dəfə mənə bu sual verilir. Bu, mənə aid olmayan sualdır. Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar. "Araz-Naxçıvan" öz azarkeşlərinin qarşısında daha da rəngarəng olacaq. Yaxşı futbolçulara sahibik. Ümid edirik ki, tez bir zamanda Naxçıvanı təmsil edib azarkeşləri sevindirə biləcəyik.

- Komandanız artıq liderdir. Bu uğurun sirri nədir?

- Turnir cədvəli prizmasından yanaşmırıq. Proqramı elə qurmuşuq ki, komanda qarşıdakı oyunu düşünsün. Bu futbolçulara bələdəm. Yaxşı seleksiya işi aparmışıq. Hələ tam istədiyim komanda deyil. Daha yaxşı ola bilərik.

Elçin Əlixan

saytlarin hazirlanmasi

Seçilən
8
8
sportal.az

10Mənbələr