AZ

Beyləqanda avtomobil aşıb, xəsarət alanlar var VİDEO

Beyləqan, 27 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Beyləqan rayonunda minik avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə zamanı xəsarət alanlar - Adil Mustafayev, Cahid Mustafayev, Sevinc Mustafayeva, Zeynəb Mustafayeva, Rəvan Məhərrəmov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara dərhal təcili təxirəsalınmaz lazımi tibbi yardım göstərilib, səhhətlərinin normal olduğu bildirilir.

Baş vermiş hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, sentyabrın 27-də saat 17:00 radələrində Beyləqan rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
2
20
azertag.az

10Mənbələr