AZ

MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirildi -

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Metbuat.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə müasir Azərbaycan tarixinin yeni mərhələsinin başlanğıcını qoymaqla yanaşı, həm də xalqımızın əzm və iradəsini, birlik və həmrəyliyini nümayiş etdirdi. Vətən müharibəsi dövründə media nümayəndələrinin əzmkar fəaliyyətini xüsusi qeyd edən İcraçı direktor Azərbaycan jurnalistlərinin yerli ictimaiyyətin dəqiq və qərəzsiz informasiya ilə təmin edilməsində, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında oynadığı müstəsna rolu diqqətə çatdırıb.Agentliyin İcraçı direktorunun müavini Natiq Məmmədli və aparat rəhbəri Rəqsanə Kərimova Vətən müharibəsində media nümayəndələrinin yalnız arxa cəbhədə deyil, həm də ön cəbhədə cəsarətlə mübarizə apardığını vurğulayaraq, informasiya müharibəsində qazanılan qələbədə onların xüsusi rolunu qeyd etmiş, Azərbaycan mediasının qarşıya qoyulmuş hədəflərə çatmaq üçün yüksək peşəkarlıq nümayiş etdirdiyini bildirmişlər.Daha sonra Agentliyin əməkdaşları XTQ kapitanı, Vətən müharibəsi iştirakçısı Vasif Dilavərzadə və İkinci Qarabağ müharibəsi veteranı Samir Əzizli vurğulayıb ki, Vətən müharibəsi döyüşçüləri öz torpaqlarını qorumaq və azad etmək uğrunda göstərdikləri böyük fədakarlıqla tarix yazdılar və ən əsası Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı, ərazi bütövlüyünü, suverenliyini bərpa etmək üçün sarsılmaz əzm göstərdi. Bununla yanaşı, jurnalistlərin döyüş meydanında baş verən hadisələri anbaan əks etdirərək Vətən uğrunda mübarizəyə dəstək verdiklərini diqqətə çatdırıblar.“44 günlük tarix yazan media qəhrəmanları” adlı videoçarxın nümayişindən sonra Medianın İnkişafı Agentliyinin kollektivi inşası davam etdirilən Zəfər parkına gəlmiş, parkın girişində xatirə daşının önünə gül dəstələri düzmüşlər.


Seçilən
0
19
metbuat.az

10Mənbələr