AZ

Medianın İnkişafı Agentliyində Anım Gününə həsr olunan tədbir keçirilib

27 sentyabr 2024-cü il tarixində Medianın İnkişafı Agentliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə müasir Azərbaycan tarixinin yeni mərhələsinin başlanğıcını qoymaqla yanaşı, həm də xalqımızın əzm və iradəsini, birlik və həmrəyliyini nümayiş etdirdi. Vətən müharibəsi dövründə media nümayəndələrinin əzmkar fəaliyyətini xüsusi qeyd edən İcraçı direktor Azərbaycan jurnalistlərinin yerli ictimaiyyətin dəqiq və qərəzsiz informasiya ilə təmin edilməsində, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında oynadığı müstəsna rolu diqqətə çatdırıb.

Agentliyin İcraçı direktorunun müavini Natiq Məmmədli və aparat rəhbəri Rəqsanə Kərimova Vətən müharibəsində media nümayəndələrinin yalnız arxa cəbhədə deyil, həm də ön cəbhədə cəsarətlə mübarizə apardığını vurğulayaraq, informasiya müharibəsində qazanılan qələbədə onların xüsusi rolunu qeyd etmiş, Azərbaycan mediasının qarşıya qoyulmuş hədəflərə çatmaq üçün yüksək peşəkarlıq nümayiş etdirdiyini bildirmişlər.

Seçilən
1
19
aznews.az

10Mənbələr