AZ

Husilər İsrailə raket atıblar

Yəməndəki husi qiyamçıları İsrailin Təl-Əviv və Aşkelon şəhərlərindəki hərbi hədəflərə raketlər və pilotsuz uçuş aparatları atıblar.

Demokrat.az
xəbər verir ki, bu barədə husilərin nümayəndəsi general Yəhya Sari “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Qüvvələrimiz işğal altında olan Yaffa (Təl-Əviv) bölgəsində hərbi hədəfə və işğal altında olan Aşkelon ərazisindəki mühüm hədəfə hücum edərək hərbi əməliyyat keçirib”, - deyə paylaşımda bildirilib.

O qeyd edib ki, husilər Təl-Əvivə hücumda “Fələstin-2” ballistik raketindən, Aşkelona hücumda isə Yaffa dronundan istifadə ediblər.

Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
2
17
demokrat.az

10Mənbələr