AZ

Balaxanı neftçiləri Vətən uğrunda canından keçən qəhrəman həmkarlarını yad ediblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin xatirəsini əziz tutan neftçilər Anım Günündə qəhrəman həmkarlarını yad ediblər.
AZƏRTAC xəbər verir ki, "Balakhani Operating Company LTD"nin ərazisində yerləşən "Şəhidlər Unudulmur" abidəsi qarşısında toplaşan Balaxanı və Suraxanı neftçiləri Vətən uğrunda şücaətlə döyüşüb özlərini qurban verən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, abidənin qarşısına çiçəklər düzüblər.
Anım Günü tədbirində "Balakhani Operating Company LTD"nin prezidenti Rövşən Rzayev Azərbaycan xalqının 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində Ali Baş Komandanın ətrafına "Dəmir yumruq" kimi birləşməsindən bəhs edib. O vurğulayıb ki, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqları nəticəsində Azərbaycanın hər qarış ərazisində suverenlik bərpa olunub, Dövlət Bayrağımız dalğalanır. Rövşən Rzayev xatırladıb ki, Balaxanı və Suraxanı neftçiləri arasında 400-ə yaxın şəhid ailəsinin üzvləri və qazilər çalışır. Onların Vətən uğrunda göstərdikləri hünərləri mədənlərdə çalışan hər kəs üçün nümunədir.
Anım Günü tədbirinin sonunda şirkət rəhbərliyi Balaxanı ərazisindən olan Vətən müharibəsi qəhrəmanları, şəhid olmuş Əmrulla Əliyevin, Musa Abışovun və Rəşad Mikayılovun ailə üzvləri ilə görüşüb, daim dəstəkləri ilə valideynlərinin yanında olduqlarını vurğulayıblar.
Seçilən
5
50
oxu.az

10Mənbələr