AZ

Avropa Liqasının ilk turunun liderləri - STATİSTİKA

Bakı. Trend:

Avropa Liqasının Liqa mərhələsinin ilk turunda 18 matçkeçirilib.

Trend xəbər verir ki,İdman.bizbu oyunlarda müxtəlif komponentlərdə bütün komandaların statistikgöstəricilərini nəzərdən keçirib.

Startda 13 komanda qələbə qazanıb, 10 komanda 1 xallakifayətlənib.

Ən çox qol vuran “Qarabağ”ın gələcək rəqibləri “Ayaks” vəFCSB-dir. Onların hər biri 4 dəfə fərqlənib. Müvafiq olaraq onlarınməyus etdikləri “Beşiktaş” və RFS də ən çox qol buraxankomandalardır.

Qapıya zərbə sayına görə “Braqa” (30), “Porto” (29) və“Qalatasaray” (25) öndədir. “Qarabağ” bu göstəricidə 14 zərbə ilə13-cüdür. Komandamızın rəqiblərindən “Elfsborq” isə cəmisi 3 zərbəendirib.

“Braqa”, “Qalatasaray” və “Ayaks”ın 9 zərbəsi qapı çərçivəsinəolub.

“Braqa”nın 10 zərbəsi bloka alınıb.

“Ayntraxt”, “Porto”, “Malmö”, Kiyev “Dinamo”su və “Slaviya”nınötürmələrinin 89 faizi dəqiq olub. “Elfsborq”un ötürmələrinin cəmi69 faizi ünvana çatıb.

Ən çox ötürməni “Ayntraxt” verib (665). Dəqiq ötümələrin sayı daalman klubunda çoxdur (592).

Topa sahibolmada yüksək faiz “Ayntraxt” və “Alkmaar”dadır (64).Onlar “Viktoriya” və “Elfsborq”a 36 faiz şans veriblər.

“Lüdoqorets” 29, “Viktoriya” 5 cərimə zərbəsi yerinəyetirib.

“Qalatasaray” oyun ərzində hamıdan çox – 62 hücum həyatakeçirib. Bundan 1 hücum az “Slaviya”, “Porto” və “Alkmaar”dadır.“Roma”nın cəmi 16 hücumu olub.

“Mançester Yunayted”, “Middtyuland” və “Atletik” 10 fədə künczərbəsi yerinə yetiriblər. “Qarabağ” onlardan 1 zərbə geri qalan 3komanda sırasındadır. “Elfsborq” isə künc zərbəsi vurmağın nəolduğunu bilməyib.

Ən çox offsayda düşmə sayında “Qarabağ”a şərik “Olimpiakos” və“Romadır” (6). 6 komnada isə ümumiyyətlə offsayda düşməyib.

Topalmada “Reyncers” liderdir (23). “Lion” isə bunu cəmi 4 dəfəedib.

Ən çox seyvi Tel-Əviv “Makkabi”sinin qolkiperi edib (7).“Alkmaar”, “Ayaks”, “Braqa” və “Reyncers” qapıçıları isə beləqəhrəmanlığı 1 dəfə də olsun göstərə bilməyiblər.

“Slaviya” futbolçuları 26 dəfə qayda pozublar. “Ayntraxt” və“Mançester Yunayted”in oyunçuları isə cəmisi 5 dəfə buna yolveriblər.

Ən çox sarı vərəqə “Ferensvaroş” (6), qırmızı isə “Makkabi” (2)futbolçularına göstərilib.

Seçilən
1
2
az.trend.az

3Mənbələr