AZ

ABŞ, Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşdü

 

  ABŞ-nın Dövlət katibi Entoni Blinken, Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan 26 sentyabr 2024 tarixində Nyu-Yorkda bir araya gəliblər.

  Azərbaycan Xarici İşlər Nazirliyindən verilən açıqlamada Blinken, Bayramov və Mirzoyanın Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində üçlü görüş keçirdiyi bildirilib.

  Tərəflərin iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair razılaşmanın mümkün olan ən qısa zamanda nəticələnməsi üçün əlavə səylər göstərmək üzrə razılığa gəldikləri qeyd olunub.



Seçilən
0
50
trt.net.tr

10Mənbələr