AZ

Bakıda könüllü qanvermə aksiyası keçirilib - Fotolar 

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və "İş adamları Cəmiyyətinin Milli Assosiasiyası"nın (İCMA) İctimai Birliyinin birgə təşkilatçılığı, “Marsol Group”, “Məlhəm Beynəlxalq Hospital”, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankının tərəfdaşlığı ilə könüllü qanvermə aksiyası keçirilib...

Poliqon KOBİA-ya istinadən xəbər verir ki, 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə keçirilən qanvermə aksiyası üç ünvanda – “Bakı KOB evi”, “Məlhəm Beynəlxalq Hospital”ı və Mərkəzi Qan Bankında təşkil olunub.

Korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində təşkil olunan aksiyaya qoşulan sahibkarlar və şirkət əməkdaşları, eləcə də KOBİA, İCMA və “Marsol Group”un nümayəndələri, ümumilikdə gün ərzində 500-ə yaxın şəxs qan verib. Həkim-hematoloqlar hər bir donorun sağlamlığını öncədən yoxlayıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürüb.

Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Sahibkarların iştirakı ilə belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Fotolar

Poliqon.info 

Seçilən
1
10
poliqon.info

10Mənbələr