AZ

Rusiyalı idmançı diskvalifikasiya edildi

Rusiyalı atlet, hündürlüyə tullanan Mixail Akimenko antidopinq qaydalarını pozduğuna görə 1 il müddətinə yarışlardan kənarlaşdırılıb.

Fanat.Az xəbər verir ki, məlumatı Ümumrusiya Atletika Federasiyasının mətbuat xidməti yayıb.

İdmançı harada olması barədə məlumatın verilməsi prosedurunu pozub.

Diskvalifikasiya müddəti 2024-cü il aprelin 25-dən 2025-ci il aprelin 24-nə qədər nəzərdə tutulub. Bununla yanaşı, idmançının 2023-cü ilin oktyabrından bəri əldə etdiyi bütün nəticələr ləğv edilib.

Qeyd edək ki, 2019-cu ildə keçirilən dünya çempionatında gümüş medal qazanan 28 yaşlı idmançı elə həmin il qapalı məkanda Rusiya birinciliyinin qalibi olub.

Seçilən
1
1
fanat.az

2Mənbələr