AZ

Xətai rayonundakı güclü yanğın söndürülüb - VİDEO/FOTO YENİLƏNİB

Bakının Xətai rayonunda boya sexində baş verən yanğın söndürülüb

Korrespondent.az bildirir ki, bunu KİV-ə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqə sektorunun rəisi kapitan Əlibala Əlizadə deyib.

O bildirib ki, Yanğınla bağlı əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Yanğından Mühafizə Xidmətininin əməkdaşları cəlb olunub: "Ərazidə yanğın tam söndürülüb, lakin yüksək temperatur müşahidə olunduğundan hazırda ərazidə soyudulma işləri aparılır".

**15:39

Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

**14:53

 

 

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğını ətraf ərazilərə yayılmasına imkan vermədən məhdudlaşdırıb.

 

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

 

**13:51

 

Bakının Xətai rayonu ərazisində, Xəzər TV-nin yaxınlığında yanğın başlayıb.

Korrespondent.az bildirir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. 

Yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.

**

 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, yanğın hadisəsi Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verib. 

Bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

**

 

Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş vermiş yanğın ilə əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

**

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

 

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

 **

Hazırda yanğına əlaqədar Xəzər TV-də təxliyə işləri həyata keçirilir.

**

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, Xətai rayonu ərazisində baş verən yanğınla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hazırda ərazidə monitorinq işləri aparırlar.

O qeyd edib ki, havaya yayılan qara tüstü axını ilə bağlı havanın çirklənmə səviyyəsini müəyyən etmək məqsədilə mütəxəssislər tərəfindən atmosfer havasından xüsusi cihazlarla nümunələr götürülür.

**

 

 

 

Seçilən
1
18
korrespondent.az

10Mənbələr