AZ

ZIRVƏLƏRƏ YÜKSƏLƏN ALİM

Image

ŞAHİN FAZİL

Azərbaycan respublikası Quba şəhəri 27.03.1940-cı ildə anadan olmuşdur. 1958-ci ildə Qubada orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olmuş və oranı Qızıl medalla bitirmişdir. 

Ədəbi fəaliyyətə 1950-ci ildə “Qızıl Quba” qəzetində “Qız bənövşə”  şerində fəaliyyətə başlamışdır. O, 1997-ci ildən Yazıçılar İttifaqının üzvüdür. Daha sonra o, indiki BDU-nun Şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə daxil olub. Şahin Fazil 1963-1966-ğs illərdə Əfqanıstanda tərcüməçi kimi çalışmağa başlayan ilk tələbə idi. O, Azərbaycan yazıçılarının şeirlərini fars dilinə tərcümə edib, oraya göndərirdi,özü də fars dilində şeirlər yazıb, oradakı jurnallarda çap etdirərdi. O, bir neçə fəxri fərmanla (SSRİ) və üç Əfqanıstan ordeni ilə təltif olunmuşdur. 

Şahin Fazil 2009-cu ildə Yaponiyanın Sidney Universitetinin dəvəti ilə Azərbaycan tarixşünaslığına dair mühazirə oxumuşdur. Şahin Fərzəliyev 5 divan, 30-dan çox kitab, 300-dən artıq elmi məqalə müəllifidir.     

Tarixçi alim, şair, şərqşünas və tərcüməçi, Azərbaycan elmində yeri görünəcək gözəl bir insan 85 yaşında dünyadan köçdü. Ömrünün bütün hissəsini Azərbaycan elminə, tarixə, ədəbiyyata, şeriyyata qəzəl, qoşma hər növ şeir nümunələrində, xüsusən qəzələ yenilik gətirən Şahin Fazil Azərbaycan türkcəsində müasir qəzəllər yazmışdır. Onun qəzəllərinə gözəl mahnılar da bəstələmişlər. Şahin müəllimin qəzəl üslubu özünəməxsus orjinallığı ilə seçilən, yaddaqalan, öz dilimizdə yazılan qəzəllərdir. Onun qəzəllərinə Əlibaba Məmmədov, Məmmədbağır Bağırzadə və başqa musiqiçilərimiz bəstələr yazmışlar. Mahnılar xalqın könlünü oxşamış, ürəyə yatımlı mahnılara çevrilib hit olmuşdur. 

Şahin Fazil mənim üçün bir arzusunda olub, oxumaq istədiyim bir kitab idi. elə bir kitab ki, oxuduqca tarixin səhifələri, tarixi hadisələr gözümün qarşısında canlanır. Ən çox da «Soyqırım» şeri


Qana qan söyləyib babalar,

Eləcə qana qan deyiblər atalar.

İlahi şahinin müstəqim sözü var

Düşmənin hey qırdı, 

İndi mən qoy qırım, Soyqırım


Sanmasın müxəmməs soyqırım törədib

Bəs qədər soyumu azaltdı

Soyum tükənməsə də 

Vayim çoxaldı toyum azaldı 

Kaş məndə yağıya toy tutum 

Özümə hey qurum soyqırım


Səndə də soyqırım törənib Türkiyə 

Basılıb əzilib türk niyə?

Bəs deyil?

Bu əməl türklərə qəsd deyil? 

Yağılar bilsinlər türkün də

Dəryatək qabarıq coşması olacaq 

Səbrinin qaynayıb daşması olacaq 

Sərt olub hirs ilə deyirəm

Vaxt gəlsin bedazil kafiri lap bu dəm

Qoy mən də hey qırım soyqırım


Ey düşman hərçənd sən

Fitnəkar niyyətlə qəzəblə hiddətlə,

Dəhşətlə, vəhdətlə.

Şirvanlı Bakılı Qubalı yurdunda 

Zəngəzurç Qarabağ , Xocalı yurdunda

Soy biçdin, soy qırdın

kaş mən də sənin tək Şahin tək üstünə 

Şığıyım  soyqırım


Sanma ki, soyum az 

Suyu yox, sizlərin qanını

Su kimi içsədə, ürəyim soyumaz 

Bu ahıl çağında günlərin bir günü 

Kaş mən də şahin tək əl açıb, qol açıb 

İntiqam almağa yol açıb Hayqırım

Soyqırım soyqırım soyqırım


Şahin Fazil - bu ad mənə tez-tez rast gəlir, qəzetləri müntəzəm gözdən keçirdiyimdən tez-tez məqalələri qabağıma çıxırdı. Oxuduqca hiss edirdim ki, bu adam tariximizi çox gözəl bilir, gözlərim önündə böyük tarixçi nəhəng bir alim dururdu.

Televiziya ekranında gördüyüm muğam mahnılara həsr etdiyi qəzəllərindən, qəzəllərinə bəstələnmiş mahnılardan olan bitr veriliş idi.

Həmin gün elə bildim bu başqa Şahin Fazildi. Bu Şahin Fazil gözəl qəzəlxan idi. sən demə, ədəbiyyatımıza yenilik gətirən gözəl şair, təmiz türk dilində, müasir dildə qəzəl yazan Şahin Fazil.

Bu necə ola bilər, ədəbiyyatı gözəl bilən, qəzəl, qoşma, 3 divan yazan bir şair, həm tarixçi, tərcüməçi, şərqşünas, ərəb, fars dillərini mükəmməl bilən bir insan. Bu qədər öyrənmək, öyrətmək, hər şeyi nöqtə, vergülü ilə bərabər yazıb, Azərbaycan elminə töhfə verən alim - Şahin Fazil.

Hələ elmi adlarını saymaqla qurtarmır. Azərbaycan Dövləti də onun əməyini layiqincə qiymətləndirib. Bitirdiyi dövlət müəssisəsinin ali təhsil, Azərbaycan Dövlət Universiteti.

Tarix üzrə elmlər doktoru, professor.

Ədəbiyyatdan: Yazıçılar İttifaqının üzvü, AJİ-nın üzvü, «Qızıl qələm» mükafatçısı, ən gözəl əsərlərinə görə təltiflər. 

Şahin Fazili hamıdan çox gözəl şairimiz Ramiz Qusarçaylını həm şeriyyata görə, həm də onunla ürək dostu idi. Onun şerlərində hiss olunurdu ki, dos tuna şeirlər vasitəsi ilə öz dərdini bölüşürdü:


Şeirdən sarayın var, 

İldırım tək gurlayan

Hayın var, harayın var.


Hay-harayın şerinin

Misralarına hopub.

Bir də gördün Qarabağ

Diksinib harayından

Yağ ı əlindən qopub.

O zaman iqbalımız

Üzümüzə gülümsər,

O zaman, dostum, sənə

Yazaram təzə əsər.


Diksindir Qarabağı, 

Ey şair, harayınla.

Qopsa düşmən əlindən

Sevindirərəm səni

Təzə kitab payınla.


İndisə, bu balaca

Kitabı tamamladım.

Mən də elə sənin tək

Haylıyam,  haraylıyam -

Şahin Fazildir adım.


Necə xoşdur ovqatım,

Bu kitab ilk sovqatım

Haylıya, haraylıya -

Ramiz Qusarçaylıya!


Bu müdrik insan oxunmamış dahiyanə böyük tariximiz, folklorumuz, ədəbiyyatımız, mədəniyyətitmizlə dolu bir insan. Hər kəsin başa düşdüyü insan, zəngin biri ki, hər kəs ondan faydalana bilərdi, yaxşı ki, özündən sonra qoyub getdiyi yazılı əsərləri onu dünyadan cismani köçüb getsə də, qoyub getdiyi yazılı irsi unutdurmayacaq.  Şahin Fazil dühası daim qəlblərdə yaşayacaq, heç zaman unudulmayacaq.


Sayğı və hörmətlə, 

Mehriban Əmrullayeva  

Yazıçı, jurnalist






Seçilən
8
1
baki-xeber.com

2Mənbələr