AZ

YAP Qaradağ rayon təşkilatı Anım Günü ilə bağlı tədbir keçirdi - FOTOLAR

Sentyabrın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının qərargahında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

"Unikal" xəbər verir ki, YAP Qaradağ rayon təşkilatının və “Vətəndaş Tribunası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Lökbatan Şəhidlər Xiyabanında Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarı üzərinə gül dəsətələri düzülüb, ruhlarına dualar oxunub.

Tədbirdə ilk öncə Azərbaycanın Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev dörd  il bundan əvvəl, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin Azərbaycan Ordusunun möhtəşəm Qələbəsi ilə başa çatdığını xatırladıb. Q.Əliyev bildirib ki, yeddinci çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatları nəticəsində suverenliyimizin tam təmin edilməsinin ölkə qarşısında yeni imkanlar açdığını xüsusi vurğulayıb.

Təşkilat sədri qeyd edib ki, 30 ilin işğalı artıq arxada qalıb, indi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf mərhələsinə qədəm qoyub və nəticələr göz qabağındadır: “Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. İkinci Qarabağ müharibəsinin və antiterror tədbirlərinin nəticələrini biz bütün dünyaya qəbul etdirə bilmişik. Dövlət başçısı bu tarixi qələbələrin əhəmiyyətinin gənc nəslə çatdırılması məsələsini əlaqədar qurumların qarşısına mühüm vəzifə kimi qoyub. “Vətəndaş Tribunası” İctimai Birliyi ilə birlikdə təşkil edilən tədbirin əsas məqsədi məhz bu mühüm vəzifənin həyata keçirilməsinə xidmət edir. 

Tədbirdə çıxış edən “Vətəndaş Tribunası” İctimai Birliyinin sədri, tanınmış yazıçı-publisist Səfər Alışarlı rəhbərlik etdiyi qeyri-hökumət təşkilatının həyata keçirdiyi “Qarabağ Zəfərinin əsasları” adlı layihə barədə ətraflı məlumat verib. Səfər Alışarlı bildirib ki, layihənin əsas məqsədi Qarabağ Zəfərinə aparan yol haqqında ictimaiyyəti geniş məlumatlandırmaqdır. S.Alışarlı torpaqlarımızın 30 illik işğalına son qoymuş bu Zəfərin siyasi-iqtisad və mənəvi əsasları haqqında geniş məlumat verib.

Tədbirdə Vüqar Əsədov adına uşaq bağçasının tərbiyəçisi Turanə Qasımova, Qaradağ rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı Bəsti Şabanova, 139 nömrəli məktəbin kitabxanaçısı Gülnarə Hüseynova, Heydər Əliyev Mərkəzinin əməkdaşı Səbinə Şirinzadə, YAP fəalı İlhamə Abadova, Qarabağ müharibəsi qazisi, 106 saylı məktəbin müəllimi Saleh Şirinov və başqaları 27 Sentyabr – Anım Gününün yalnız hüzn deyil, həm də qəhrəmanlıq tariximizin parlaq səhifələrindən biri olduğunu vurğulayıblar.

Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdirib.

Seçilən
2
50
unikal.az

10Mənbələr