AZ

Qüdrət Qurbanova yeni vəzifə verildi – Heydər Əsədovun yerinə gətirildi

Ləğv edilən Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanova yeni vəzifə verilib.

Məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev onu Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) prorektoru və rektor əvəzi təyin edib.

Yaxın günlərdə müvafiq əmrlə onun rektor təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, ADDA-nın sabiq rektoru Heydər Əsədov deputat seçildiyinə görə vəzifəsindən azad olunub.//Qaynarinfo

Seçilən
1
34
busaat.az

10Mənbələr