AZ

"Sumqayıt"dan növbəti transfer

“Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar" ötən ili "Qəbələ"də keçirmiş Rəşad Əzizli ilə mövsümün sonunadək müqavilə imzalayıb. 30 yaşlı qapıçı “Sumqayıt”da 94 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” indiyədək Rəhim Sadıxov, Fernando Medeiros, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli, Alan Dias, Miloş Miloviç və Giorgi Karaişvilinin keçidini reallaşdırıb.

Seçilən
4
21
football-plus.az

10Mənbələr