AZ

Sülhə imkan verməyən maneələr hələ də qalır - Hikmət Hacıyev

Sülhə doğru irəliləməyə imkan verməyən maneələr hələ də qalır. Bunu "La Repubblica” qəzetinə müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - dövlət başçısı aparatının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 
 

"Biz sülhə həmişəkindən daha yaxınıq, lakin irəliləməyə imkan verməyən maneələr hələ də qalır. Bizə referendum lazımdır, bu referendumda ermənilər Qarabağa iddiaları dəstəkləmədiklərini nümayiş etdirəcəklər”, - rəsmi əlavə edib.

Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda keçirdiyi brifinqdə Ermənistanla sülh müqaviləsinin 80%-nin hazır olduğunu bildirib. 
 
Prezidentin sözlərinə görə, sülh müaviləsinin bağlanmasında əsas maneə Ermənistan konstitusiyasında Dağlıq Qarabağın Ermənistanın bir hissəsi olması barədə müddəadır.
 
Rəsmi Bakı Ermənistan hakimiyyətindən referendum keçirməyi və bu maddəni çıxarmağı kəsinliklə tələb edir.
 
Ermənistan rəhbərliyi buna hazır olduğunu ifadə etsə də referendimi 2026-ci ilin parlament seçkilərindən sonraya təxirə salıb. 
 
Gülnar 

www.anews.az
Seçilən
6
50
anews.az

10Mənbələr