AZ

Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO

Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsindəki boya istehsalı sexində baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin peşəkar fəaliyyəti sayəsində genişlənərək ətraf ərazilərə, o cümlədən yanğının perimetri boyu yerləşən obyektlərə keçməsinə imkan verilmədən tam söndürülüb.
 
15:10
 
Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğını ətraf ərazilərə yayılmasına imkan vermədən məhdudlaşdırıb.
 
Nazirlikdən Moderator.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
 
 
 
13:53
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.
 
FHN-dən Moderator.az-a verilən məlumata görə, məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
 
Qeyd olunub ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
 
***
 
Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın başlayıb.
 
Moderator.az xəbər verir ki, yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.
 
Daxili İşlər Nazirliyindən bildirilib ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Xətaidəki güclü yanğın məhdudlaşdırıldı - YENİLƏNİB (FOTO+VİDEO)

Xətaidəki güclü yanğın məhdudlaşdırıldı - YENİLƏNİB (FOTO+VİDEO)

Xətaidəki güclü yanğın məhdudlaşdırıldı - YENİLƏNİB (FOTO+VİDEO)

Seçilən
1
21
moderator.az

10Mənbələr